Kokpit.az xatırladır ki, avstraliyalı sürücü bugünkü Braziliya yarışına dördüncü yerdən başlayacaq.
Oskar Piastri: “Final sessiyasında sadəcə tempi artıra bilmədim. Əsas səbəb də budur. Amma şərait cümə gündəkindən çox fərqli idi, bu gün hər şey daha çətin idi. Nəticə bir qədər məyus etdi, amma görünür ki, bu həftəsonu bizdə sürətli maşın var, xüsusən də yarış tempində… Buna görə də ümid edirəm ki, bazar günü bu üstünlükdən yararlana biləcəyəm.
Nəticədə məqsədim yarışı qazanmaqdır, bunun üçün isə yaranan hər fürsətdən istifadə etməliyəm. Əgər irəliləmək və komanda yoldaşıma təzyiq göstərmək imkanı tapsam, bunu edəcəyəm. Ancaq əvvəlcə ona çatmaq lazımdır”.




Şərh əlavə et