Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Podiumu gözləmirdim

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, yarışın əvvəlində təkəri deşiləndən sonra podiuma çıxacağına inanmayıb.

Niderlandlı sürücü San-Pauluda pit yolundan start alaraq yarışı üçüncü pillədə başa vurub. Azarkeş səsverməsinin nəticələrinə əsasən o, “Günün pilotu” seçilib. Red Bull Racing komandasının sürücüsü bu nəticə ilə çempionatın lideri Lando Norrisdən bir qədər də geri qalsa da, yarışdan razı olduğunu bildirib.

Maks Ferstappen: “Yarış çox hadisəli keçdi. Pit yolundan startdan sonra bir neçə rəqibi geridə qoymalı oldum.

Bütün mərhələlərdə tempim kifayət qədər yüksək idi. Əslində, podiuma qalxacağımı gözləmirdim, xüsusilə də yarışın əvvəlində təkər deşildiyi üçün boksa qayıtmalı olandan sonra… Nəticə sadəcə inanılmazdır və mən çox sevinirəm. Komandadakı hər kəslə qürur duyuram.

Dünən çox çətin idi, ancaq biz heç vaxt təslim olmuruq. Həmişə irəliləyiş yolları tapmağa çalışırıq. Bu gün də eyni oldu. Yenə bunu bacardıq. Yarışı liderdən cəmi on saniyə geridə bitirdiyimə inana bilmirəm”.

Rauf Hacıyev

Şərh əlavə et