Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Çempionluq şansım qalmadı

Red Bull komandasının pilotu Maks Ferstappen San-Paulu Qran Prisinin sıralanma mərhələsindən sonra bolidindəki performans problemlərinin hələ də həll olunmadığını bildirib.

Niderlandlı pilot xüsusilə ilişmə çatışmazlığının onları geriyə saldığını və edilən sazlama dəyişikliklərinin heç bir nəticə vermədiyini vurğulayıb.

Maks Ferstappen: “Əvvəlcə problemimizin nə olduğunu anlamağımız lazımdır. Hazırda vəziyyətimiz yaxşı deyil və bunun səbəbini doğrudan da bilmirik. İlişmə sıfırdır. Maşında bir neçə dəyişiklik etdik, amma işə yaramadı. Bunun səbəbini tapmalıyıq”.

Komandanın etdiyi sazlama dəyişikliklərinə baxmayaraq istədikləri reaksiyanı ala bilmədiklərini bildirən pilot, bolidin ümumi balansının pozulduğunu da qeyd edib: “Adətən dəyişiklik etdikdə nəsə hiss olunur, ancaq indi heç nə işləmir. Aydındır ki, nəsə səhvdir, sadəcə səbəbini anlaya bilmirik”.

Ferstappen bolidin aşağı sürətli hissələrdə hələ də çətinlik çəkdiyini təsdiqləyib və problemin Meksikadakı ilə oxşar olduğunu əlavə edib: “Bənzər vəziyyətdir, bəli. Hazırda maşında nəsə düzgün işləmir. Nə etsək də, nəticə ala bilmirik”.

Sınaqdan keçirilən yeni altlıq yeniliyindən istifadə olunmayıb və sıralanma turundan sonra komanda köhnə versiyaya qayıtdıb. Lakin Ferstappen problemin bununla əlaqəli olmadığını bildirib: “Bəli, sıralanma üçün köhnə altlığa qayıtdıq, amma açığı, problem ondan qaynaqlanmır.”

Çempionluq ümidlərinin artıq qalmadığını da etiraf edən Ferstappen deyib: “Bu performansla çempionluğu unuda bilərəm. Haradan başladığımızı və hazırkı tempimizi bilirik. Təəssüf ki, bu şəkildə mümkün deyil”.

Braziliyalı pilot Qabriel Bortoletonun qəzasi ilə bağlı isə bunu deyib: “Onunla danışdım, yaxşı görünür. Ən vacibi də budur”.

Rauf Hacıyev

Şərh əlavə et