Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Yenə Landonun arxasında başlayıram

Kimi Antonelli Braziliya Qran Prisində əsas təsnifatda ikinci nəticəni göstərərək Formula 1 karyerasının ən yaxşı nəticəsini əldə edib (Mayamidəki sprint poulunu nəzərə almasaq).

Təsnifat sessiyasından sonra o, zarafatla deyib ki, artıq Lando Norrisin arxasından start almaqdan bezib.

Kimi Antonelli: “Düzünü desəm, bir az məyusam, çünki bu həftəsonu ikinci dəfədir Landonun arxasından start alacam. Bu gün səhər sprintdə də ona çox yaxın idim.

Təsnifat çətin keçdi. Külək çox idi və ideal dövrəni bir yerə toplamaq asan deyildi. Amma yaxşı bir cəhd edə bildim və nəticədən razıyam.

Sabah yarışa ikinci yerdən başlayacam. McLaren pilotları çox sürətlidirlər, ona görə də startı yaxşı götürmək və yüksək temp nümayiş etdirmək vacib olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et