İtalyan sürücü İnterlaqosda ikinci yeri tutaraq karyerasının ən yaxşı nəticəsini əldə edib. O, yarışın son dövrələrində yerini qorumaq üçün Maks Ferstappenlə mübarizə aparıb.
Kimi Antonelli: “Düzünü desəm, arxamda Maksın haradan peyda olduğunu anlamadım! Açığı, onu orada gözləmirdim.
Restartdan sonra toqquşmadan yan keçdiyim üçün bir qədər bəxtim gətirdi. Maşını yoxlamaq lazımdır, çünki zərbədən sonra bir az qəribə davranırdı, amma ümumilikdə yarış yaxşı keçdi.
Son dövrələr çox gərgin idi, çünki Maks daha təzə təkərlərlə gəlirdi, lakin xoşbəxtlikdən boş yolda stabil tempi qoruya bildim və ikinci yerdə finişə çatdım.
Yarışda öz ritmimi tapdım. O yaxınlaşmağa başlayanda, mən də tempi artırdım və hücuma keçdim. Bu bolidlərdə arxada, turbulent hava axınında getmək çətindir, mən isə bunu öz xeyrimə istifadə etməyə çalışdım və hər şey istədiyim kimi alındı”.




Şərh əlavə et