Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Bunu geridə qoyacam

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, qəzanı geridə qoyub, əsas sıralanma turunda yaxşı nəticəyə fokuslanacaq.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü sprint yarışında üçüncü yerdə gedərkən, yaş kerblərə sərt hücum edib və yekunda yerinsə fırlanaraq, bariyerlərə çırpılıb. Bununla da o, mübarizəni vaxtından əvvəl dayandırıb.

Oskar Piastri: “Bu hadisəni artıq arxada qoymağa çalışacam. Günün ikinci yarısında havanın necə olacağını görəcəyik, amma sabah daha çox xal uğrunda mübarizə aparılacaq.

Bu günkü sıralanma turunda yaxşı nəticə qazanmağa çalışacam ki, əsas yarışa kifayət qədər yüksək mövqedən start alım. Nə qədər yaxşı öhdəsindən gəlsəm, bir o qədər də yaxşı olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et