Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Yağış da vəziyyəti düzəltməyəcək

Red Bull komandasının sürücüsü Maks Ferstappen çox pessimist danışıb.

Niderlandlı sürücü San-Paulu sprint sıralanmasında altıncı olub. Sessiyadan sonra Red Bull Racing komandasınln sürücüsü bildirib ki, boliddə ciddi idarəetmə problemləri yaranıb və komanda hələlik bunun həll yolunu tapmayıb. Onun komanda yoldaşı Yuki Tsunoda isə 18-ci nəticə ilə kifayətlənib və bu performansın səbəbini izah edə bilməyib.

Maks Ferstappen: “Maşında çox güclü titrəyişlər var və idarəetmə baxımından hər şey qaydasında deyil. Bu, istədiyimiz vəziyyət deyil. Üstəlik, təkərlər trasla normal təmas qura bilmirdi. İkinci sektor bərbaddır və maşın dönmək istəmir. Eyni zamanda arxa hissəyə də inamım yoxdur. Qısası, vəziyyət kifayət qədər pisdir, ancaq nə edək, olan budur.

Bilmirəm, yağış bizə kömək edəcək, ya yox… Görəcəyik. Aydındır ki, nəyisə itiririk və düşünmürəm ki, tras islananda hər şey birdən-birə yaxşılaşacaq. Bunu yalnız şənbə günü öyrənəcəyik”.

Yuki Tsunoda: “Düşünmürəm ki, nəticəmə səbəb məşq zamanı itirdiyim vaxt olub. Bu, əlbəttə ki, kömək etmədi, amma ümumilikdə ilk sessiya pis keçmədi. Kifayət qədər çox sürətli dövrə vura bildim, yarış tempində də işlədik.

Sıralanmada vurduğum dövrə pis deyildi. Sadəcə, nə baş verdiyini anlamıram. Trasla ilişmə çox zəif idi. Maşında nəyinsə qaydasında olmadığını başa düşmək lazımdır”.

Rauf Hacıyev

Şərh əlavə et