Niderlandlı sürücü San-Pauluda keçirilən sprintdə dördüncü yeri tutub. Red Bull Racing pilotu bildirib ki, komanda əsas sıralanma turundan əvvəl sazlamaları dəyişəcək və bu dəyişikliklər işə yarasa, Mercedes pilotları ilə mübarizə aparmaq şansı olacaq.
Maks Ferstappen: “Sıralanma turundan əvvəl sazlamalarda müəyyən dəyişikliklər edəcəyik. Ümid edirəm, bu, maşını düzgün işləmə aralığına gətirəcək və mən daha çox hücum edə, təkərləri isə daha güclü yükləyə biləcəyəm.
Görək, sıralanma turu necə alınacaq. Düzünü desəm, sprintdə ümumiyyətlə temp tapa bilmədim və önümdəki rəqibləri izləmək çox çətin idi. Əgər maşından bir az da çox performans çıxarmağın yolunu tapsaq, bəlkə Mercedes pilotları ilə döyüşmək şansımız olar”.




Şərh əlavə et