Britaniyalı sürücü sprint təsnifatında qazandığı uğura və sprint yarışında əldə etdiyi qələbəyə əsas təsnifat mərhələsində poul ilə davam edib.
Lando Norris: “Şərait hələ də çətindir. Tras çox sürüşkəndir, asfaltla ilişmə sabit deyil, amma bolidi idarə etmək inanılmaz dərəcədə əyləncəlidir! Bu trasda yarışmaq həmişə böyük zövqdür, ona görə də çox məmnunam.
İlk cəhddə əyləcləri blokladığım üçün bir az təzyiq hiss edirdim. Buna görə vəziyyət bir qədər gərgin idi – istədiyimdən daha çox – amma sakitliyimi qorumağa çalışdım. Lazım olan anda hər şeyi bir araya gətirə bildiyim üçün çox sevinirəm.
Hazırda əla formadayıq, həm də McLaren mənə mükəmməl bir bolid verib, bunun üçün komandama həmişə minnətdaram. Amma deməzdim ki, işimizi asanlaşdırdım, çünki final sessiyasındakı ilk dövrədə birinci döngədə əyləcləri bloklayanda bir az gərginlik yarandı, halbuki bundan qaçmaq olardı.
Rəqiblər də öz işlərini yaxşı görürlər, lakin mən ritmimi tapanda və sakit qaldığımda, hər şeyi bir yerə topladığımda, ən yüksək nəticələrə imza ata bilirəm.
Düşünürəm ki, sabah bizi çətin yarış gözləyir. Yenə də havanın necə olacağını görəcəyik. Hələlik həftəsonu bizim üçün əla keçir və ümid edirəm ki, rəqiblər bu axını poza bilməyəcəklər”.




Şərh əlavə et