McLaren sürücüsünün bu uğurunda bir qədər də komanda yoldaşı Oskar Piastrinin payı olub. Belə ki, qısa şənbə yarışının 6-cı dövrəsində üçüncü yerdə gedən Piastri Kimi Antonellini təqib edərkən trasdan çıxıb və bolidini zədələyib.
Lando Norris: “Yarış çətin idi, amma qələbənin sevinci də bir o qədər böyükdür! Kimi Antonelli mənim həyatımı asanlaşdırmadı və yarışda tam gücümlə mübarizə aparmalı oldum , çünki arxandakı rəqibin hücumu getdikcə daha aqressiv olur.
Bəzi anlarda maşın demək olar ki, sabitliyini itirirdi, xüsusilə də güclü külək və təkərlərin aşınması özünü göstərirdi. Qısası, çətin yarış idi, amma Braziliyada başqa cür də ola bilməzdi.
Finişə yaxın təkərlərlə problemlər başladı, halbuki yarışın əvvəlində yumşaq təkərlərin bir az daha yaxşı işləyəcəyini düşünürdüm, lakin belə olmadı.
Mercedes sürücüləri çox sürətli idilər, mən isə bütün yarış boyu bu təzyiqi hiss edirdim. Düşünürdüm ki, işi bir az daha rahat görəcəyik, ancaq alınmadı. Bunun səbəbi təkərlər idi, ya da özümüz bir az səhv etdik, dəqiq bilmirəm. Ancaq bir şey aydındır: axşamkı sıralanma turundan əvvəl bizi hələ ciddi iş gözləyir”.




Şərh əlavə et