Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Senna qəhərmanımdır

Cümə axşamı İnterlaqosda Kimi Antonelli həm Mercedes komandasının Meksikadakı taktikasından, həm də dünən Ayrton Sennanın məzarını ziyarət etməsindən danışıb…

Kokpit.az xatırladır ki, italyan sürücü Formula 1-in əfsanəvi pilotu Ayrton Sennanın məzarını ziyarət edib.

Kimi Antonelli: “Biz komanda ilə hər şeyi müzakirə etdik, xoşbəxtəm ki, hamı eyni fikirdə idi. Sürətlə razılığa gəldik, səhvlərimizi gördük və oxşar vəziyyət təkrarlansa, necə davranacağımızı artıq bilirik.

Dünən boş vaxtım var idi və Ayrtonun məzarına getmək qərarına gəldim. Qaldığım oteldən çox da uzaqda deyil. Senna mənim avtoidmandakı qəhrəmanımdır. Ora məşqçimlə birgə getdim, kitab oxudum, çox sakit və dinc bir yer idi. Mən sadəcə onunla salamlaşmaq istədim”.

Rauf Hacıyev

Şərh əlavə et