Xəbəri Kokpitdə Oxuyun!

Həmilton xəbərdarlıq alıb

San-Paulu Qran Prisindəki stüardlar sprint sıralanmasının ikinci sessiyasında baş verən insidenti — Lyuis Həmiltonun sarı bayraq rejimini pozmasını araşdırıblar. Hadisə, Şarl Leklerin trasda fırlanmasından sonra Ferrari sürücüsünün olduğu zonada baş verib.

Araşdırmadan sonra stüaedlar müəyyən ediblər ki, britaniyalı sürücü ikiqat sarı bayraq siqnalını görməyib, çünki xəbərdarlıq işıqları onun panelin yanından keçməsindən cəmi bir saniyə əvvəl yanıb. Buna baxmayaraq, Lyuis trasdan kənarda dayanan Leklerin bolidini gördüyünü təsdiqləyib və buna əsasən stüardlar hesab ediblər ki, britaniyalı sürücü ən azı birqat sarı bayraq rejiminin qüvvədə olduğunu anlamalı və daha çox sürət itirməli idi.

Telemetriya məlumatlarına əsasən, Həmilton qaz pedalına adətən olduğundan bir qədər gec basıb, ancaq sürətini əhəmiyyətli dərəcədə azaltmayıb. Buna görə də ona mövsümdəki ilk yarış xəbərdarlığı verilib.

Bundan əlavə, stüardlar Həmiltonun həmin dövrəsini də ləğv ediblər. Lakin bu dövrə onun əvvəlki cəhdindən daha zəif olduğu üçün nəticələrdə dəyişiklik olmayıb. Beləliklə yeddiqat Dünya Çempiomu şənbə sprintinə 11-ci yerdən başlayacaq.

Rauf Hacıyev

Şərh əlavə et