Xəbəri Kokpitdə Oxuyun!

Aldequer son məşqdə birinci olub

Portuqaliyada keçirilən MotoGP mərhələsinin ikinci sərbəst yürüşündə ən sürətli nəticəni Fermin Aldeguer göstərib.

Həftəsonunun son məşq sessiyasının startı ilə sürücülər vaxt itirmədən trasa çıxıblar. İlk turlardan sonra Franko Morbidelli 1:51.414 zaman nəticə ilə liderliyə yüksəlib, Bred Binder isə ondan 0.3 saniyə geri ikinci olub.

Sessiya irəlilədikcə dövrə vaxtları yaxşılaşıb və sürücülərin hamısı yumşaq təkərlərə keçib. Turlar 1:44 sərhədinə enərkən Pedro Akosta 1:43.331-lik nəticə ilə zirvəyə yerləşib.

Sessiyanın orta hissəsində Yamaha sürücüləri ilk iki pilləni tutublar.

Damalı bayraq endiriləndə isə 1:41.654 zaman nəticəsi göstərən Fermin Aldequer sessiyanı zirvədə tamamlayıb. Onun ardınca Aleks Markes ikinci, Xoan Mir isə üçüncü olub.

İlk altılıqda yer alan digər sürücülər Marko Bezzekki, Françesko Banyaya və Pedro Akosta olublar.

Rauf Hacıyev

Şərh əlavə et