Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Kolapinto gələn il də Alpine-də yarışacaq

Alpine komandası Franko Kolapinto ilə müqaviləni təsdiqləyib – o, 2026-cı ildə də Pyer Qaslinin komanda yoldaşı olacaq.

Kokpit.az xatırladır ki, argentinalı sürücü 2025-ci il mövsümünün yeddinci mərhələsi olan …. Qran Prisindən etibarən Cek Duhəni əvəz etmiş, lakin gözlənilən effekti verməmişdi. Franko iştirak etdiyi 14 mərhələnin hamısında xalsız qalıb. Düzdür, o, bəzən yaxşı perdormans göstərib, lakin bu xal qazanmaq üçün kifayət olmayıb.

Flavio Briatore: “Franko Formula 1-də çıxış etdiyi müddətdə mən daim onun inkişafını izləyirdim və həmişə inanırdım ki, onun komandayla birlikdə böyüyə biləcək yüksək səviyyəli pilot olmaq üçün lazım olan bütün keyfiyyətləri və potensialı var. 2026-cı ildə əməkdaşlığı davam etdirmək qərarı bizim inamımızı və dəstəyimizi göstərir.

Bu il çətin keçdi, amma Franko və Pyer komandaya kömək etmək üçün əllərindən gələni etdilər. Pilotlarımız – təcrübə, sürət və istedadın uğurlu birləşməsidir və bu, komandamızı irəli aparmağa kömək edəcək. Ümid edirəm ki, bu, növbəti mövsümdə azarkeşlərimizə sevinmək və fəxr etmək üçün səbəb verəcəyik”.

Franko Kolapinto: “Mənə inandıqları üçün Flavioya və bütün komandaya minnətdaram. Formula 1-də debüt etdiyim andan bilirdim ki, mövcud şəraitdə bu idmanda yerimi qorumaq asan olmayacaq. Biz uzun və çətin bir yoldan keçdik və 2026-cı ildə bu komandada yenidən çıxış edəcəyim üçün qürur duyuram. Pyer əla komanda yoldaşı və ondan öyrənməyə davam etdiyim dəyərli insandır.

Bu açıqlamanın Braziliyada, bu həftəsonu səslənməsi çox önəmlidir. Mən öz doğma ölkəm – Argentinaya çox yaxınam və bu yarışı demək olar ki, ev yarışı kimi hiss edirəm. Böyük dəstək görürəm. Ümid edirəm ki, gələn il Formula 1-də yeniliklərin tətbiqi baş verdikdə, bizə azarkeşlik edən hər kəsə səmimi gülümsəmək və sevinmək üçün səbəb verəcəyik. Vamos Alpine!”

Elçin Zodorov

Şərh əlavə et