Britaniyalı sürücü San-Pauluda bu mövsüm ilk dəfə sprint sıralanma mərhələsində qalib gələrək çempionat liderliyinin təsadüfi olmadığını bir daha sübut edib və iddialarının ciddiliyini növbəti dəfə göstərib.
Lando Norris: “Poul qazanmaq istədiyimdən daha çətin oldu. Nəticələr çox sıx idi və Mercedes sürücüləri Soft təkərlərdə kifayət qədər sürətli idilər. Medium-dan Soft-a keçəndə artıq daha aqressiv sürməli olduğunu anlayırsan.
Amma biz tapşırığın öhdəsindən gəldik — bu gün hamıdan sürətli idik! Burada bunu bacarmaq Meksikadan da çətindir, çünki bolidin idarəolunması mənim üçün o qədər də rahat deyildi. Elə buna görə də bu nəticəni çox dəyərli sayıram.
Bu hələ cümə günüdür. Sabah daha bir sıralanma, həm də iki yarış var. Amma start yaxşı alındı. Sabah üçün hava proqnozu güclü yağış və külək vəd edir, ona görə hamıya deyirəm: yağmurluqlarınızı götürün!
Hələlik narahatlığa səbəb yoxdur. Bugünkü nəticədən razıyam, hər şeyi düzgün yerinə oturda bildim, indi isə diqqətimi sabahkı hazırlığa yönəltməyin vaxtıdır”.




Şərh əlavə et