İtalyan sürücü San-Paulu Qran Prisində keçirilən sprint sıralanmasında ikinci nəticə göstərib. Mercedes komandasının sürücüsü nəticədən məmnun qalıb, baxmayaraq ki, sessiya zamanı səhv edib və sıx trafiklə üzləşib.
Kimi Antonelli: “Ümumilikdə yaxşı sıralanma turu oldu. İlk sessiyada trafik bir az problem yaratdı, buna görə dərhal temp tapa bilmədim.
Soft təkərlərdə ikinci dövrəm ideal alınmadı və ikinci sektorda bir az vaxt itirdim, ancaq yenə də pis cəhd deyildi və ikinci yerdən start alacam. Mübarizə aparmağa dəyər bir mövqedəyik.
Sprintdə külək mühüm rol oynayacaq. Proqnoza görə, istiqaməti tez-tez dəyişəcək, bu da şəraiti tam fərqli edəcək. Üstəlik, təkərlərin aşınma səviyyəsi də hələ qeyri-müəyyəndir. Hər şeyə hazır olmalıyıq. Ümid edirəm, sprinti yaxşı keçirəcəyik”.




Şərh əlavə et