Pist isinməyə başladıqca sürücülər intensiv məşq tempinə keçiblər. İlk dəqiqələrdə əksər pilotlar yumşaq təkərləri seçib və sessiya irəlilədikcə dövrəvi nəticələr tədricən sürətlənib.
İlk turlarda Marko Bezzekki 1:38.133 zaman nəticəsi ilə liderliyi ələ alıb. Lakin çox keçmədən Françesko Banyaya və Pedro Akosta tempi artıraraq Ducati və KTM-i ön sıralara daşıyıblar.
Xüsusilə Akosta döngələrdən çıxışlarda göstərdiyi aqressiv sürüşlə diqqət çəkib.
Sessiyanın ortasında Xoan Mir 1:38.183 zaman nəticəsi ilə dördüncü yerə yüksəlib, bundan sonra Aleks Markes güclü performans sərgiləyərək vaxt cədvəlinin zirvəsinə çıxıb.
Qresini Ducati pilotu 1:37.974-lük heyranedici dövrəsi ilə sessiyada hegemonluq edib.
Son dəqiqələrdə Banyaya 0.030 saniyə fərqlə zirvəyə yaxınlaşsa da, Markesin nəticəsini keçə bilməyib. Pedro Akosta üçüncü, Marko Bezzekki dördüncü, Xoan Mir isə beşinci yerdə qərarlaşıb.
Yohan Zarko altıncı, Fabio Di Cannantonio yeddinci, Fermin Aldequer səkkizinci olub. İlk onluğu Pol Esparqaro və Ai Oqura tamamlayıb.
Honda, Ducati və KTM komandalarının tempinin bir-birinə çox yaxın olduğu sessiyada Luka Marini, Franko Morbidelli və Fabio Kuartararo da ilk 13-lükdə yer alaraq növbəti mərhələlər üçün ümid verici performans nümayiş etdiriblər.




Şərh əlavə et