Xəbəri Kokpitdə Oxuyun!

Williams Braziliya üçün rəngini dəyişib

Williams komandası San-Paulu Qran Prisi üçün Karlos Sayns və Aleks Elbonun bolidlərinin rəng çalarlarını təqdim edib.

Maşınlar komandanın sponsoru olan Gulf şirkətinin rənglərinə boyanıb və üzərlərində azarkeşlərin Williams ilə əlaqələndirdiyi 493 söz yer alıb. Onların arasında Legacy (irs), Passion (ehtiras) və Teamwork (komanda işi) kimi ifadələr də var.

Komandanın rəhbəri Ceyms Vavlz bildirib: “Çempion titulları olan və yeni qələbələrə hədəflənən əfsanəvi Formula 1 komandası kimi biz bilirik ki, Williams dünyanın dörd bir yanındakı milyonlarla azarkeş üçün böyük mənalar daşıyır.

Gulf ilə birlikdə həyata keçirdiyimiz bu layihə nəticəsində ortaya inanılmaz bir dizayn çıxıb. Braziliyada hər dövrəni bu rənglər altında keçmək və azarkeşlərimizin ehtirasını bolid üzərində daşımaq bizim üçün böyük şərəf olacaq.”

Rauf Hacıyev

Şərh əlavə et