Xəbəri Kokpitdə Oxuyun!

Q.Bortoleto: Bunu həmişə arzulamışam

Sauber komandasının sürücüsü Qabriel Bortoleto bildirib ki, ev yarışı olan Braziliyada ən yaxşı nəticəni qazanmağı hədəfləyir.

Braziliyalı pilot ilk dəfə Formula 1-də ev Qran Prisində çıxış edəcək. O, San-Pauluda doğulub və böyüyüb, indi isə dostlarını və azarkeşlərini sevindirməyi ümid edir.

Qabriel Bortoleto: “Mən San-Pauluda böyümüşəm və həmişə Interlaqosda Formula 1 Qran Prisində çıxış etməyi arzulamışam. Bu həftə həmin arzum gerçəkləşəcək, amma hələ də buna tam inana bilmirəm.

Ailəmizin illərlə gördüyü zəhmət bu an üçün idi və indi doğma azarkeşlərimin qarşısına çıxmağı səbirsizliklə gözləyirəm. Amma bu, həftəsonu üçün əhvalımı dəyişmir. Mən döyüşə hazıram və yaxşı nəticə göstərmək istəyirəm.

Qarşımızda şənbə sprinti olan bir mərhələ var, bu da hazırlığa ayrılan vaxtı azaldır, lakin ümid edirəm ki, bu, bizi dayandırmayacaq. Məqsədimiz hər fürsətdən maksimum yararlanmaq və yenidən xal qazanmaqdır”.

Rauf Hacıyev

Şərh əlavə et