Kokpit.az xatırladır ki, almaniyalı sürücü karyerasının ilk poulunu 2010-cu ildə elə İnterlaqosda yağışlı havada almışdı. Bu il də San Pauluda yarış vaxtı yaöışıb yağması Nikonu ümidləndirir.
Niko Hülkenberq: “Interlaqos digər traslara bənzəmir. Bu, əsl klassik mərhələdir və mən həmişə buradakı yarışları məmnuniyyətlə xatırlayıram. Havanın dəyişkənliyi və şənbə sprintləri həftəsonunu daha da maraqlı edir, həm də əlavə xal qazanmaq imkanı yaradır.
Meksikadakı məyusluqdan sonra – maşın sürətli idi, amma bu üstünlüyü xal şəklində dəyərləndirə bilmədik – San-Pauluya inamla gəlirik. Problemi aradan qaldırmışıq və bizi gərgin mübarizə gözləyir. Burada hər detal önəmlidir. Məqsədimiz son mərhələlərdə gördüyümüz müsbət tendensiyanı davam etdirməkdir”.




Şərh əlavə et