Avstriyalı komanda son aylarda RB21 şassisinin balansını yaxşılaşdırmaq üçün genişmiqyaslı işlər görüb. Bu yanaşmanın nəticəsində Maks Ferstappen İtaliya Qran Prisindən bəri bir neçə yarışda qələbə qazanıb.
Pol Monahan Montsaya gətirilən yenilənmiş altlıq hissəsinin də mühüm addım olduğunu deyib və əlavə edib: “Düşünürəm ki, bir çox amil bir araya gəlib. Mövsümün əvvəlindən bəri böyük səy göstərmişik, çünki bolidi daha yaxşı hala gətirməyə çalışırdıq.
Harada səhv etdiyimizi tapdığımızı düşünmüşdük, ancaq hər şeyi tam anlamaq üçün bir neçə addım da atmalı olduq.
Ümumilikdə çoxşaxəli bir yanaşma tətbiq etmişik. Montsaya gəldiyimizdə bolid çox daha yaxşı idi, amma bunun tək bir həllə, müəyyən sazlanmaya və ya aerodinamika dəyişikliklərinə bağlı olduğunu söyləyə bilmərəm.
Müxtəlif sahələrdə bir çox kiçik addım atmışıq və bunları düzgün ardıcıllıqla tətbiq etmişik. Bəli, bəlkə hər şey bir az gec oturub, lakim bu da yarışın təbiətidir”.
Red Bull mövsüm boyu demək olar ki, hər yarışda müxtəlif ölçülü yenilikləe tətbiq edib. Bu baxımdan komandanın strategiyası yaydan bəri bolidini demək olar ki, sabit saxlayan McLaren-in yanaşmasından fərqlənib.
Monahan sonda qeyd edib: “Yəqin ki, bir və ya iki kiçik yenilik də gətirə bilərik”.




Şərh əlavə et