Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell müqaviləsi barədə danışıb

Mercedes komandasının pilotu Corc Rassell komanda ilə imzaladığı yeni müqavilədə performansa əsaslanan uzatma şərtinin yer aldığını açıqlayıb.

2025-ci il mövsümündə stabil çıxışı ilə diqqət çəkən Rassell, 2026-cı il üçün də Mercedes-də qalmağı bacarıb. Monreal və Sinqapur Qran Prilərində qazandığı poulları qələbəyə çevirən britaniyalı pilot, bu nəticələr sayəsində demək olar ki, maaşını iki dəfə artıran sərfəli bir müqaviləyə imza atıb.

Brakli mərkəzli komandanın açıqlamasına əsasən, həm Rassellin, həm də komanda yoldaşı Kimi Antonellinin müqavilələri birillik formatda yenilənib. Lakin hər iki pilotun müqaviləsində performans göstəricilərinə əsasən avtomatik uzatma bəndləri mövcuddur.

Rassell də bu məlumatı təsdiqləyib və müqaviləsinin “1+1” formatında olduğunu bildirib: “Bunu əvvəllər açıq şəkildə deməmişdim, ancaq müqavilədə müəyyən hədəfə çatdığım halda 2027-ci il  üçün avtomatik uzanma maddəsi var.

Yəni 2027-ci ildəki yerim tamamilə öz performansımdan asılı olacaq. Bu dəfə son aylarda yaşadığımız qeyri-müəyyənlik kimi bir vəziyyət yaranmayacaq.

Detallara girməyəcəyəm, lakin rəqabətədavamlı olsam, yüz faiz qalacağam”.

Rassellin bu açıqlaması, Maks Ferstappenin 2027-ci ildə Mercedes-ə keçə biləcəyi ehtimallarını azaldıb. Komanda rəhbəri Toto Volfun Red Bull-un həmin mövsümdə rəqabətədavamlı bolid təqdim etməməsi halında Ferstappeni komandaya gətirmək istədiyi məlumdur.

Rauf Hacıyev

Şərh əlavə et