Xəbəri Kokpitdə Oxuyun!

Bukmeykerlər yenə fikir dəyişiblər

Bukmeyker kontorları qarşıdan gələn San Paulu Qran Prisi və mövsümün nəticələri üçün mərc əmsallarını dərc ediblər.

İnterlaqosdakı yarışın favoriti Meksika mərhələsinin qalibi Lando Norris hesab olunur. Maks Ferstappenin şansları demək olar ki, eyni səviyyədə qiymətləndirilir, Oskar Piastrinin qələbə ehtimalı isə təxminən 2.5 dəfə daha aşağıdır.

Digər pilotlar arasında bukmekerlər Şarl Leklerə üstünlük verirlər. Onun qələbə ehtimalı Corc Rassell və Lyuis Həmiltonun qələbə ehtimalından daha yüksək qiymətləndirilir.

Lando Norris – 2.40
Maks Ferstappen – 2.60
Oskar Piastri – 5.50
Şarl Lekler – 13.00
Corc Rassell – 15.00
Lyuis Həmilton – 26.00 
Kimi Antonelli – 51.00

Mövsümün bitməsinə dörd mərhələ qalmış Lando Norris pilotlar çempionatında liderliyə yüksəlib. Son yarışlardakı performansı ilə xal fərqini bağlayaraq hətta liderliyə yüksəlməsi sayəsində bukmekerlər onu titul uğrunda mübarizənin əsas favoriti hesab edirlər. Komanda yoldaşına cəmi bir xal uduzan Oskar Piastrinin şansları isə Maks Ferstappenin şanslarından da daha aşağı qiymətləndirilir.

Lando Norris – 3.00
Maks Ferstappen – 2.50
Oskar Piastri – 2.75

Elçin Zodorov

Şərh əlavə et