Xəbəri Kokpitdə Oxuyun!

Red Bull Tetris-in qalibi bəllidir!

2 noyabr 2025-ci il tarixində Crescent Mall Ticarət Mərkəzində keçirilən Red Bull Tetris Milli Finalının qalibi Elnur Cəlilov oldu.

O, 11–13 dekabr tarixlərində Dubayda baş tutacaq DünyaFinalında Azərbaycanı təmsil edəcək.

Milli Finalda ölkəmiz üzrə ən yüksək nəticə toplamış 8 oyunçu final səhnəsində qarşılaşaraq çempionluq uğrunda mübarizə apardı.

Bu mərhələdə oyunçular saniyələr içində doğru qərar vermək və yüksək ritmi qorumaq üçün bütün bacarıqlarını ortaya qoydular.


Qeyd edək ki, Kontakt Home mağazalar şəbəkəsi Azərbaycanda Red Bull Tetris yarışmasına dəstək oldu.

Növbəti dayanacaqDubai Frame!

Qalibimizi təbrik edir, beynəlxalq arenada böyük uğurlararzulayırıq!

Rauf Hacıyev

Şərh əlavə et