Xəbəri Kokpitdə Oxuyun!

İnterlaqosda həftəsonu boyunca yağış yağacaq

San Pauludakı yarış həftəsonu üçün ilkin hava proqnozları isti, lakin yağışlı hava şəraiti vəd edir.

Kokpit.az xəbər verir ki, üç gün ərzində San Pauluda yağış və ildırımlı hava gözlənilir. Havanın temperaturu cümə və şənbə günləri 26°C, bazar günü isə 24°C olacaq.

Xatırladaq ki, ötən il San Paulu Qran Prisinin təsnifatı və yarışı yağış altında keçmiş, digər bütün sessiyalar isə quru trasda baş tutmuşdu.

Elçin Zodorov

Şərh əlavə et