Braziliyalı pilot bildirib ki, 2009-cu ildə Ferrari-nin vəkilləri ona Fernando Alonsonu tənqid etməməsi barədə xəbərdarlıq məktubu göndəriblər, çünki komanda artıq ispaniyalı pilot ilə müqavilə imzalamışdı.
Felipe Massa: “2009-cu ilin oktyabrında jurnalistlərə demişdim ki, məncə, Fernando Alonso Nelson Pikenin Sinqapurda maşını qəsdən vurduğunu bilirdi.
Ferrari bu müsahibədən xəbər tutandan sonra Gestions Sportives Automobiles SA şirkətinin adından çıxış edən hüquq firması mənə 2009-cu ilin 16 oktyabrında məktub göndərdi və Fernando Alonso barədə ictimai açıqlamalar verməməyim barədə xəbərdarlıq etdi.
Hələ 2009-cu ilin iyulunda, yəni Macarıstandakı qəza baş verməzdən əvvəl, mən Alonsonun 2010-cu ildən Ferrari üçün yarışacağını öyrənmişdim. Məktubu Ferrari-nin hüquqşünaslarından biri olan Henri Piter imzalamışdı.
Daha sonra Ferrari mənim açıqlama verməyim üçün xüsusi bəyanat hazırladı, lakin mən bundan imtina etdim. Bunun əvəzində komandaya dedim ki, artıq keçmişi deyil, gələcəyi düşünməyin vaxtıdır”.




Şərh əlavə et