Xəbəri Kokpitdə Oxuyun!

Williams Vast Data ilə müqaviləni uzadıb

Williams komandası süni intellekt sahəsində proqram təminatının hazırlanması üzrə ixtisaslaşmış Vast Data şirkəti ilə sponsorluq müqaviləsini uzatdığını açıqlayıb.

Yeni çoxillik razılaşmaya əsasən Vast Data komandada rəsmi tərəfdaş kimi qalacaq, şirkətin loqotipləri isə bolidlərin güzgülərində və burun hissəsində, həmçinin pilot və mexanik kombinezonlarında, eləcə də komandanın digər əməkdaşlarının geyimlərində yer alacaq.

Sorin Sioran, Williams komandasının informasiya və analitika departamentinin direktoru: “VAST Data ilə əməkdaşlığın bir ildən artıq uğurlu və məhsuldar işdən sonra genişlənməsindən məmnunuq. Onların biliyi və təcrübəsi bu il göstərdiyimiz irəliləyişdə mühüm rol oynayıb və gələcək qələbələr uğrunda mübarizəmizdə də vacib olacaq.

Əməkdaşlığın davamını səbirsizliklə gözləyirik. Həm tras üzərində yeni təşəbbüslər, həm də məlumatların saxlanması üzrə həllərimizin daha da inkişafı hesabına…”

Rauf Hacıyev

Şərh əlavə et