Finlandiyalı sürücü testlərdə Hitech komandasının təşkil etdiyi xüsusi sessiyalarda iştirak edib. O, keçənilki nəsil Formula 2 bolidi ilə, Pirelli-nin köhnə spesifikasiyalı təkərləri üzərində çalışıb. Test nəticələri açıqlanmayıb, lakin fin pilot sosial şəbəkələrdə təəssüratlarını bölüşüb.
Kalle Rovanpera: “Formula 2-də ilk testlər başa çatdı! Bu iki gündən çox razı qaldım. Gözlədiyim kimi, bu maşını idarə etmək fiziki baxımdan olduqca çətindir. Yüklənmələr çox yüksəkdir və onları başqa şəraitdə təkrarlamaq çətindir, ona görə də öyrəşmək üçün bir qədər vaxt lazım olacaq. Sükan arxasına keçə bildiyim üçün çox sevinirəm və davamını səbirsizliklə gözləyirəm”.
Bu testlər Rovanperanın Formula 2-də ilk təcrübəsi olsa da, o, Formula bolidlərini idarə etməkdə təcrübəsiz deyil. fin pilot keçən il Şpilberqdə Red Bull RB8 Formula 1 bolidini sürüb. Bundan əlavə, onun Formula 4 və Formula Renault 3.5 bolidlərində də sürücülük təcrübəsi olub.

 
            


Şərh əlavə et