Xəbəri Kokpitdə Oxuyun!

Red Bull 2026-cı il bolidini yanvarda təqdim edəcək?

Niderland mətbuatının məlumatına görə, Red Bull Racing-in 2026-cı il mövsümündə yarışacağı RB22 bolidinin təqdimatı 15 yanvar 2026-cı ildə baş tutacaq. Tədbir komandanın mühərrik tərəfdaşı Ford-un qərargahının yerləşdiyi Detroit şəhərində keçiriləcək.

Eyni mərasimdə Racing Bulls komandasının da yeni bolidi təqdim olunacaq. Bununla belə, hazırda təqdimatda real 2026 modelinin, yoxsa əvvəlki illərin bolidlərinin yeni rəng çalarları ilə nümayişinin göstəriləcəyi dəqiq məlum deyil.

Red Bull Racing və Racing Bulls-un erkən təqdimatı 26–30 yanvar tarixlərində Barselonada baş tutacaq rəsmi testlər ilə bağlıdır. Bu testlər qapalı qapılar arxasında keçiriləcək. Azarkeşlər üçün açıq testlər isə 11–13 fevral və 18–20 fevral tarixlərində Bəhreyndə təşkil olunacaq.

Rauf Hacıyev

Şərh əlavə et