Son məlumatlara görə, Alpine-in heyəti dəyişməyəcək. Belə ki, 2026-cı ildə Enstoun təmsilçisinin tərkibində Franko Kolapinto çıxış edəcək. Argentinalı pilot həm Ostində, həm də Meksikoda onun yerini Paul Aronun tutacağı barədə yayılan şayiələrə soyuqqanlı yanaşıb və görünür, bunun üçün ciddi səbəbləri olub.
Meksika Qran Prisində Kolapintonun sponsor heyəti Alpine rəhbərliyi ilə növbəti mövsüm üçün müqavilənin şərtlərini müzakirə edib. Rəsmi təsdiq olmasa da, tərəflər razılığa gəliblər və Franko Kolapinto növbəti mövsümdə də Alpine komandasında qalacaq.
Müqavilənin uzadılması barədə rəsmi açıqlamanın San-Paulu Qran Prisi günlərində verilməsi gözlənilir.

 
            


Şərh əlavə et