Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Kamara İnvicta-da yarışacaq

2025-ci ilin Formula 3 üzrə Dünya Çempionu Rafael Kamara növbəti mövsümdə karyerasını Formula 2-də davam etdirəcək.

Ferrari-nin Gənclər Akademiyasının üzvü olan braziliyalı pilot Invicta Racing komandası ilə müqavilə imzalayıb və Coşua Dürksenin komanda yoldaşı olacaq. Kamara ilk dəfə  Formula 2 bolidinin sükanına mövsüm bitdikdən sonra Əbu-Dabidə keçiriləcək testlərdə keçəcək.

Rafael Kamara: “Formula 2-də debüt mövsümüm üçün Invicta Racing komandasına qoşulmaqdan çox qürur duyuram. Son illərdə bu komanda Formula 2-də çıxış etmək istəyən hər bir gənc sürücünün əsas hədəfinə çevrilib və gənc pilotların inkişafında bacarığını dəfələrlə sübut edib.

Qabriel Bortoleto və Leonardo Fornaroli kimi Formula 3 çempionlarının da Invicta Racing-ə keçməsi mənim üçün xüsusi motivasiyadır. Builki möhtəşəm mövsümdən sonra növbəti sınağa hazır olduğumu hiss edirəm və komanda ilə işə başlamağı səbirsizliklə gözləyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et