Kokpit.az xatırladır ki, fransalı sürücü Meksika yarışında doqquzuncu olub və uzun müddətdən sonra xal qazanıb.
Esteban Okon: “Yarışda maşın çox stabil idi və ümumilikdə bu həftəsonu gördüyümüz işdən razıyıq.
Sadəcə bəxtim gətirmədi, həm sıralanma turunda, həm də yarışda eyni maşının arxasında, uyğun olmayan yerdə və zamanda qaldım. Amma Oliver və komanda əla iş gördülər, çoxlu xal qazandıq, Mühəmdislər Kubokunda bir pillə irəlilədik. Buna görə çox şadıq”.
Haas komandasının digər sürücüsü Oliver Berman isə dördüncü olaraq komandasına 12 xal gətirib. Meksikadan ümumilildə 14 xal qazanan amerikan təmsilçisi Mühəndislər Kubokunda səkkizinci yerə yüksəlib.
Ayo Komatsu, komanda rəhbəri: “Nə inanılmaz yarış və nəticə! Komandadakı hər kəsi ürəkdən təbrik edirəm. Hər həftə, hər yarış üçün çox çalışırıq və bu nəticə həmin zəhmətin bəhrəsidir.
Maşın ilk hissə istisna olmaqla, bütün mərhələlərdə, rəqabətədavamlı idi və bu, komandanın zəhmətinin göstəricisidir. Biz bilirdik ki, böyük nəticə bir gün gələcək və bu gün o gün idi”.




Şərh əlavə et