Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışa doqquzuncu yerdən başlasa da, startda doqquzuncu yerə geriləyib. Lakin o, Tsunoda, Antonelli, Rasselli keçərək, beşinci yerə qədər yüksəlib və 10 xala razı olub.
Oskar Piastri: “Beşinci yerə görə döyüşmək lazım gəldi. Daha yaxşı nəticə əldə etmək olardımı? Demək çətindir. Çünki demək olar ki, bütün yarışı rəqiblərin arxasında, çirkli hava zonasındakı axında keçirdim, bu isə asan deyil.
Mənim əsas məqsədim bu gün qarşıma qoyulan tapşırıqları yerinə yetirmək idi. Dünənki sıralanma turundan sonra sürmə tərzimdə ciddi dəyişikliklər etməyim lazım olduğu aydın oldu. Yarışda itkiləri minimuma endirməyə çalışırdım, ancaq eyni zamanda öyrənməli olduğum şeylər də vardı. Əgər buna nail olmuşamsa, sevinərəm.
Əlbəttə, komanda yoldaşın yarışı qazanır, sən isə beşinci olursansa, bu, o qədər də təsirli görünmür. Amma son bir neçə mərhələdə də fərqli sürmə tərzi tələb olunurdu.
Düzünü desəm, bu barədə düşünmək bir qədər qəribədir, çünki mövsüm boyu eyni şəkildə sürmüşəm. Amma indi görürük ki, bəzi mərhələlərdə bolidin, təkərlərin və ya başqa amillərin fərqli yanaşma tələb etdiyi ortaya çıxıb. Bunu qəbul etmək mənim üçün bir qədər çətin idi.
Bu gün sükan arxasında bir qədər fərqli işləməyə çalışdım. Yarışdan sonra bütün məlumatları təhlil edəcəyik və əgər bu yanaşma daha effektiv idisə, düşünürəm ki, gələcəkdə müəyyən irəliləyiş əldə etməyimə kömək edəcək.
Bolidin konfiqurasiyası bir müddət dəyişmədiyindən, problem maşında deyildi. Sadəcə görünür ki, Lando üçün düzgün pilotaj tərzini tapmaq daha asan idi, mənim isə bu, bir qədər çətin alınırdı.
Amma unutmamaq lazımdır ki, bu mövsümdə 19 yarış da olub və mövsümün əvvəlindəki sürmə tərzim yaxşı nəticələr gətirirdi. Tamamilə fərqli tərzə keçməkdənsə, sadəcə yeni elementlər əlavə etmək lazımdır”.




Şərh əlavə et