Kokpit.az xatırladır ki, britaniyalı sürücü Meksika yarışına dördüncü yerdən başlasa da, trasdakı xaosdan istifadə edərək, dördüncü yerə yüksəlib və yarışın sonuna qəsər yerini qoruyub. Bununla da debütant sürücü Haas komandasının 2018-ci il Avstraliya Qran Prisindən sonra ən yaxşı nəticəsini təkrarlayıb.
Oliver Berman: “Dəli bir yarış idi! Komanda üçün bu qədər xal topladığım üçün çox sevinirəm. Həftəsonunu mükəmməl keçirdik, maşını ideal sazladıq və onun idarəetməsi əla idi.
Maks Ferstappenlə mübarizə aparmaq çox xoş idi. Mən Formula 1-də onun çıxışlarına baxaraq böyümüşəm.
Komandamla qürur duyuram. Bu gün dördüncü yeri tam haqqımızla qazandıq. Bəlkə bir az bəxtim gətirdi, lakin bu nəticəni qorumağı məhz sürətimiz sayəsində bacardıq”.




Şərh əlavə et