Xəbəri Kokpitdə Oxuyun!

Massanın məhkəməsi başlayır

Braziliyalı keçmiş Formula 1 sürücüsü Felipe Massanın FIA, Formula 1 və Berni Ekklstouna qarşı iddiası üzrə məhkəmə iclasları bu həftə Londonda başlayıb. Massa tərəfi onları 2008-ci il Sinqapur Qran Prisində Nelson Pikenin qəsdən qəzası ilə bağlı sui-qəsddə və cinayətkar səhlənkarlıqda ittiham edir.

Massa iddia edir ki, FIA və FOM Pikenin qəzanı qəsdən törətdiyini bildikləri halda, skandalın qarşısını almaq üçün heç bir tədbir görməyiblər. Onun fikrincə, bu səssizlik nəticəsində o, çempionluq titulunu, on milyonlarla avro gəliri və reputasiyasını itirib.

Massanın maraqlarını məhkəmədə tanınmış hüquqşünas Nik de Marko müdafiə edir. O, müştərisi üçün 60 milyon funt sterlinq (təxminən 68 milyon avro) məbləğində kompensasiya tələb edir.

İşi hakim ser Robert Cey aparır. O, artıq materiallarla tanış olmağa başlayıb və yaxın günlərdə tərəfləri dinləyəcək. Cümə günü isə ilkin qərar açıla bilər. Əgər müdafiə tərəfi öz günahsızlığını sübut edə bilsə, iş bu mərhələdə bağlana bilər.

Rauf Hacıyev

Şərh əlavə et