Xəbəri Kokpitdə Oxuyun!

M.İzola: Hər şey gözlədiyimiz kimi oldu

Pirelli-nin bütün pilotların yarışı bir pit-stopla başa vuracağı proqnozu qismən özünü doğruldub…

Kokpit.az xatırladır ki, yarışda ilk üçlüyü tutmuş sürücülər bir pit-stoplu strategiya ilə gediblər. Qalan sürücülər yarış ərzində iki dəfə təkər dəyişiblər.

Mario İzola, Pirelli Motorsport-un direktoru: “Meksikadakı yarış təkcə trasda baş verən hadisələr baxımından deyil, həm də strateji müxtəliflik baxımından maraqlı alındı. Bəzi pilotlar yalnız bir dəfə, bəziləri isə iki dəfə pit-stop etdilər.

Biz Lando Norrisi təbrik edirik. O, həftəsonunun ilk günündən etibarən mükəmməl çıxış etdi və yenidən çempionatın liderliyinı qatıtdı. Eləcə də Haas F1 komandasına dördüncü yeri qazandıran Oliver Bermanı təbrik edirik. Bu, onlar üçün çox dəyərli nəticədir.

Medium və Soft tərkibləri əsas rol oynadı, amma ən effektiv olanlar, şübhəsiz ki, Soft təkərlər idi. Əksər pilotlar yarışa məhz bu təkərlərlə başladılar, iki pit-stop edənlər isə son hissədə də Soft tərkibi seçdilər.

Aşağı yeyilmə dərəcəsi və dənlənmə probleminin olmaması sayəsində pilotlar C5 tərkibi ilə uzun müddət dövrə vura bildilər və arxa təkərlərin istilik balansını səmərəli idarə etdilər.

Pit-stoplar üçün seçilən dövrə aralığı bizim gözləntilərimizə tam uyğun oldu. Məncə, strategiyaların müxtəlifliyi komandalar üçün “bir tərkib aralı” seçim təqdim etməyimizlə bağlı idi. Hard təkərlər isə az istifadə olundu, çünki bu sürüşkən asfaltda lazım olan ilişməni təmin etmirdi.

Bu həftə Meksikada çalışan Pirelli heyətinin bir hissəsi çərşənbə axşamı və çərşənbə günləri 2026-cı il üçün nəzərdə tutulan daha yumşaq tərkiblərin testləri üçün trasda qalacaqlar. Testin ilk günündə Sauber, ikinci günündə isə Mercedes komandasının bolidlərindən istifadə ediləcək. Hər iki komandaya bu dəstəyə görə təşəkkür edirik.”

Rauf Hacıyev

Şərh əlavə et