Kokpit.az xatırladır ki, britaniyalı sürücü Meksika yarışına üçüncü yerdən başlasa da, Maks Ferstappenlə mübarizədə trası kəsib, üstünlük qazandığı üçün stüardlar ona 10 saniyə zaman cəzası veriblər.
Lyuis Həmilton: “Yarışın startı maraqlı keçdi, amma yekun nəticə gözlədiyim kimi olmadı. Yarış belədir, bəzən hər şey planlaşdırdığın kimi getmir.
Maksla mübarizə və cəza barədə? Traektoriyadan kənardakı asfalt çox, həm də çox çirkli idi. Maşını saxlamaq və daha sonra təhlükəsiz şəkildə trasa qayıtmaq üçün əlimdən gələni etdim. O vəziyyətdə edə biləcəyim yalnız bu idi.
Müsbət tərəfi isə odur ki, ən azı bir neçə xal qazana bildim”.




Şərh əlavə et