Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: VSC köməyimə çatdı

Ferrari komandasının pilotu Şarl Lekler etiraf edib ki, yarışın son dövrlərində tətbiq olunan virtual təhlükəsizlik avtomobili rejimi ona mövqeyini qorumaqda kömək edib.

Kokpit.az xatırladır ki, monakolu sürücü Meksika yarışını ikinci pillədə başa vuraraq karyerasında 50-ci dəfə podiuma yüksəlib.

Yarışın son iki dövrəsində Maks Ferstappen onun hava kisəsinə yaxınlaşsa da, Karlos Saynsın insidentinə görə başladılar virtual təhlükəsizlik maşını rejimi Şarlın köməyinə çatıb.

Şarl Lekler: Bu həftəsonundan çox razı qaldım. Ostindəki mərhələ də əla keçmişdi, amma burada podium finiş etmək mənim üçün gözlənilməz sürpriz oldu. Yenidən podiuma qalxmaq məni çox sevindirdi.

Finişə az qalmış virtual təhlükəsizlik avtomobili rejimi tətbiq olunanda açığı, çox rahatladım! O ana qədər təkərlərim artıq trasa yapışmırdı. Maks Ferstappenin yumşaq təkərlərlə məni sürətlə yaxınlaşdığını aydın görürdüm.

Son dövrələr çox çətin keçdi, ancaq virtual təhlükəsizlik avtomobili məni xilas etdi”.

Rauf Hacıyev

Şərh əlavə et