Xəbəri Kokpitdə Oxuyun!

Meksika 2025 – Norris rahatlıqla qalib gəlib

Mövsümün 20-ci mərhələsi olan Meksika Qran Prisinin qalibi Lando Norris olub. Şarl Lekler ikinci, Maks Ferstappen üçüncü yerləri tutublar.

Meksika yarışı günəşli və quru hava şəraitində keçirilib. Havada temperatur 26-27, asfaltda  isə 53-47 dərəcə olub.

Mövsümün sonuna yaxın bir neçə unikal mərhələ baş tutub, onlardan biri də Meksika idi. Formula 1 bolidləri yüksək dağlıq şəraitdə çətin işləyir, çünki hava sıxlığı az olduğundan nə aerodinamik basma qüvvəsi, nə də yanacağın yanma effekti kifayət qədər olur. Dünyada başqa heç bir trasda bu qədər paradoksal sazlanma yoxdur və bu da komandalar arasındakı güc balansına təsir edir.

Rodriqes Qardaşları trası çox az hallarda yarışlar üçün istifadə olunur. Meksika şəhərində tez-tez toz fırtınaları  baş verir, buna görə də cümə günü asfalt çox tozlu və sürüşkən idi. Həftəsonu ərzində ideal trayektoriya təkər kauçuku ilə örtülsə də, onun kənar hissələri sürüşkən qalıb.

Üç fərqli komandanın pilotları məşqlərdə lider olub: cümə günü Lekler və Ferstappen, şənbə səhəri isə Norris ən yaxşı nəticəni göstərib. Sıralanma turunda da Norris qalib gəlib. O, həlledici cəhddə Ferrari pilotlarını geridə qoyub. Ferrari Ostində olduğu kimi Meksikada da rəqabətədavamlı performans göstərib.

Ostində Karlos Sayns Antonelli ilə insidetntə görə cərimə almış və bu, ona Meksikanın startında beş yer itkiyə səbəb olmuşdu.

Start düzülüşü belə idi:

Birinci cərgə – Norris və Lekler,

İkinci – Hemilton və Rassell,

Üçüncü – Ferstappen və Antonelli.

Lider Piastri isə komanda yoldaşının kölgəsində qalıb və 7-ci yerdən start alıb. Statistikaya görə Meksikada ən çox birinci və üçüncü yerdən start alan pilotlar qalib gəliblər.

Pirelli bu dəfə təcrübə üçün fərqli tərkiblər gətirib – C2, C4 və C5 (Hard, Medium, Soft). Ancaq C2 tras üçün çox sərt çıxıb. Yarışda Kolapinto və Elbon Hard, Ferstappen, Hacar, Tsunoda, Sayns, Bortoleto və Qasli Medium, qalanları isə Soft təkərlə start alıb.

Startda Lekler trasdan kənara çıxaraq Norrisi keçib, sonra yerini qaytarıb.  Berman üç yer qazanıb, Piastri isə iki yer itirib. Louson və Sayns təmas edib, lakin hər ikisi yarışa davam edib.

2-ci dövrədən sonra ilk onluq: Norris, Lekler, Həmilton, Ferstappen, Rassell, Berman, Antonelli, Tsunoda, Piastri, Okon.

6-cı dövrədə Ferstappen Həmiltona hücum edib, bolidlər bir-birinə və hər ikisi trasdan çıxıb. Ferstappen otluqdan trasa qayıdıb, Həmilton isə trasa servis yolundan geri dönüb. Stüardlar Həmiltonun üstünlük qazandığını düşünərək ona 10 saniyəlik cərimə veriblər. Ferstappen trasda geri dönərkən Rasselli sıxışdırıb və nəticədə Berman onu keçib.

7-ci dövrədə Louson qəza nəticəsində bolidini dayandırıb və yarışı tərk edib.

15-ci dövrədə ilk onluq: Norris, Lekler, Həmilton, Berman, Ferstappen, Antonelli, Rassell, Piastri, Tsunoda, Okon.

Pit-stoplar mərhələli şəkildə baş tutub:

Sayns (18), Alonso (21), Antonelli (23), Həmilton (24, cəriməsini çəkərək), Berman və Piastri (25), Rassell (26).

27-ci dövrədə Sayns Hülkenberqi keçib, amma alman sürücü az sonra boksa dönərək yarışı dayandırıb.

Sayns pit yolunda sürət həddini aşdığına görə 5 saniyəlik cərimə alıb.

32-ci dövrədə Lekler, 34-də Norris, 37-də Tsunoda, 38-də Ferstappen və Bortoleto pit-stop edib. Norris liderliyini qoruyub. Alonso isə əyləclərin qızması səbəbindən yarışı dayandırıb.

40-cı dövrədə vəziyyət belə olub: Norris, Lekler, Berman, Antonelli, Rassell, Piastri, Hemilton, Ferstappen, Sayns, Okon.

Rassell komandadan Antonellinin onu buraxmasını istəyib və 41-ci dövrədə Kimi yerini ona verib.

47-ci dövrədə Ferstappen Həmiltonu keçib, Sayns isə ikinci dəfə pitə girərək yenidən sürət həddini aşdığı üçün bu dəfə pit yolundan keçmə cəzası alıb.

48-ci dövrədə Antonelli, Piastri və Həmilton ikinci dəfə pitə giriblər, bu dəfə Oskar Kimini keçib.

49-cu dövrədə Berman və Rassell də pit-stop ediblər.

50-ci dövrədə ilk onluq: Norris, Lekler, Ferstappen, Berman, Rassell, Piastri, Antonelli, Həmilton, Okon, Hacar.

60-cı dövrədə Piastri Rasselli keçib və 5-ci yerə yüksəlib. Rassellə komandadan Antonelliyə yerini qaytarmaq əmri gəlib və o, 63-cü dövrədə onu buraxıb.

Ferstappen Leklerə yaxınlaşırdı, 10 dövrə qalmış aralarındakı fərq 4,5 saniyəyə enmişdi.

Eyni zamanda Bortoleto Hacarı keçib, sonra Tsunoda və Elbon da onu arxada qoyub.

65-ci dövrədə ilk onluq: Norris, Lekler, Ferstappen, Berman, Piastri, Antonelli, Rassell, Həmilton, Okon, Bortoleto.

Yarışın sonuna iki dövrə qalmış Piastri Bermanın, Ferstappen isə Leklerin hava kisəsinə yaxınlaşıb.

70-ci dövrədə Saynsın bolidi bariyerə dəyib və dayanıb, amma o, təhlükəsizlik cibinə girə bilib.

Lekler Ferstappenin hücumunu dəf edib və virtual təhlükəsizlik maşını rejimi elan olunub. Yarışın sonunda rejim ləğv olunsa da, mövqelər dəyişməyib.

Lando Norris Meksika Qran Prisini qazanıb, bu, onun karyerasında 10-cu, mövsümdə isə 6-cı qələbəsi olub.

Bu nəticə ilə Norris fərdi hesabda Piastrini bir xal fərqlə geridə qoyaraq liderliyə yüksəlib.

Şarl Lekler ikinci yeri tutaraq karyerasında 50-ci dəfə podiuma qalxıb, Maks Ferstappen isə üçüncü olub.

Oliver Berman dördüncü yeri tutaraq karyerasının ən yaxşı nəticəsini göstərib. Bu, həm də Haas F1-in 2018-ci il Avstriya Qran Prisindən bəri ən yaxşı nəticəsinin təkrarıdır.

Ferrari Mühəndislər Kubokunda Mercedes-i cəmi bir xalla qabaqlayıb, Haas F1 isə Sauber-i keçərək 8-ci yerə yüksəlib.

İki həftə sonra mübarizə Braziliyada davam edəcək.

Rauf Hacıyev

Şərh əlavə et