Kokpit.az xatırladır ki, niderlandlı sürücü yarışa beşinci yerdən başlayıb. O startda və yarışda iki dəfə trası kəssə də, bir pit-stoplu strategiya hesabına yarışı üçüncü yerdə bitirib. Dördqat Dünya Çempionu yarışın son iki dövrəsində Leklerin hava kisəsinə daxil olsa da, virtual təhlükəsizlik maşını ötməyə mane olub.
Maks Ferstappen: “Meksika Qran Prisinin son dövrələrində Şarl Leklerə çatırdım, amma virtual təhlükəsizlik maşını hücum etməyə imkan vermədi. Bununla belə, üçüncü yeri kifayət qədər yaxşı nəticə hesab edirəm.
Yarışın startı gərgin keçdi, çünki az qala maşınımı vuracaqdım! Ətrafımdakı bütün pilotlar Soft tərkibli təkərlərlə start götürmüşdülər, mən isə Medium-la idim, bu da əsas çətinlik idi. İlk hissədə əsas məqsəd sadəcə sağ qalmaq idi. Soft təkərlərə keçdikdən sonra isə daha rəqabətədavamlı oldum və maşının balansından razı qaldım.
Həftəsonu bizim üçün çətin keçdi, ancaq ilk dövrəərdə baş verənlərdən sonra ikinci yer uğrunda mübarizə aparmaq və belə güclü nəticə qazanmaq çox yaxşıdır. Virtual təhlükəsizlik maşını? Bəzən sənin xeyrinə işləyir, bəzən isə əksinə”.




Şərh əlavə et