Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Çoxdankı arzum idi

McLaren komandasının sürücüsü Lando Norris Meksika yarışından sonra bildirib ki, burada qalib gəlmək onun çoxdankı istəyi olub. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Hermanos Rodriqez Qardaşları trasında pouldan başladığı yarışı rahatlıqla qazanıb və bumövsümkü 6-cı qələbəsini əldə edib.

Lando Norris: “Əla yarış idi! Mənə hər şey çox xoş gəldi. Yalnız irəli baxırdım, diqqətimi qoruyurdum və işimə tam fokuslanmışdım. Yarış mənim üçün olduqca sabit keçdi, amma elə buna da çalışırdım. Startda yerimdən çox yaxşı tərpəndim, ilk dövrəni təmiz keçdim və bundan sonra rəqiblərdən aralanmağa başladım.

Startda sakit qalmağa çalışırdım, çünki tapşırıqları maksimum dəqiqliklə yerinə yetirmək vacib idi, və bu, alındı. Bu, mənim Meksikadakı ilk qələbəmdir və buna görə çox sevinirəm. Xüsusilə bu trasda qalib gəlmək istəyirdim, bu isə mənim üçün möhtəşəm nailiyyətdir. Bütün azarkeşlərə təşəkkür edirəm!

Mənim yanaşmam dəyişməzdir. Hər yarışı ayrı dəyərləndirmək lazımdır. Bu gün sadəcə xoşbəxtəm! Öz işimə tam ciddiliklə yanaşıram, əzmlə çalışıram və qarşıdakı bütün çətinlikləri dəf etməyə çalışacağam”.

Rauf Hacıyev

Şərh əlavə et