Kokpit.az xatırladır ki, monakolu sürücü Meksika yarışına ikinci yerdən başlayacaq.
Şarl Lekler: “Sıralanma turu çox çətin keçdi, çünki trasda demək olar ki, ilişmə yox idi. Maşın çox sürüşürdü, buna görə ideal dövrə atmaq çətin idi. Bu baxımdan gördüyümüz işdən tam razıyam.
Düşünmürəm ki, maşından daha artığını ala bilərdim. Adətən sıralanma turundan sonra fikirləşirsən ki, bəlkə orda-burda bir az yaxşı dövrə vurmaq olardı, amma bu dəfə çıxışımdan çox məmnunam.
Yarışda qələbə bizim üçün çox önəmli olacaq. Əlimizdən gələni edəcəyik ki, ilk döngədən sonra liderlik bizdə olsun. Sonra isə hadisələrin gedişatına baxacağıq”.




Şərh əlavə et