Kokpit.az xatırladır ki, britaniyalı sürücü Meksikada üçüncü yeri tutaraq, bu mövsüm sıralanma turunda ən yaxşı nəticəsini qazanıb.
Lyuis Həmilton: “Çox, çox xoşbəxtəm. Dəstəyə görə hamıya təşəkkür edirəm! Şarl və Lando ilə yanaşı dayanmaq mənim üçün böyük şərəfdir. Onlar mövsüm boyu çox sürətli idilər, buna görə indi yaşadığım hisslər inanılmazdır. İlk dəfədir ki, biz Şarla birlikdə ilk üçlüyə düşürük və komanda bu nəticəyə tam layiqdir.
Bütün gücümüzlə çalışdıq, heç kim təslim olmur. Maşını çox yeniləməsək də, ondan maksimumu ala bilmişik. Bu həftəsonu bütün proseslər daha yaxşı təşkil olunub və bu, nəticələrdə də görünür.
Lando və Şarlı keçmək çətin idi, ancaq üçüncü yer startda bu tras üçün ideal mövqedir. Ümid edirəm ki, bundan maksimum yararlana biləcəyəm. Yarış tempimiz pis deyil, lakin necə keçəcəyini demək çətindir. Azarkeşlərimizin inanılmaz dəstəyinə güvənirəm. Onları gözəl yarışla sevindirməyə çalışacağıq”.




Şərh əlavə et