Karlos Sayns Meksika Qran Prisində sıralanma turunu yeddinci nəticə ilə başa vurub, lakin Ostin yarışında Kimi Antonelli ilə insident yaşadığı üçün aldığı beşyerlik cəza səbəbindən startda geri düşəcək. Buna baxmayaraq, o, Williams bolidinin sürətinin xal uğrunda mübarizə aparmağa yetəcəyinə inanır.
Komanda yoldaşı Aleks Elbon isə uğursuz sessiya keçirib və trasda ilişmənin azlığı səbəbindən ikinci mərhələyə keçə bilməyib.
Karlos Sayns: “Yəqin ki, bu mövsümdə ən yaxşı sıralanma turu dövrəmi atdım. Maşının davranışı məni tam qane edir, çox inamlı çıxış etdim, amma indi diqqəti yarışa yönəltmək lazımdır.
Cəzaya görə bir neçə yer itirəcəyim təəssüf doğurur, çünki aşağı mövqedən başlamaq yarışı çətinləşdirəcəkc xüsusilə də ‘çirkli’ havada soyutma problemləri yarana bilər. Amma yarış tempimə inanıram və xal uğrunda mübarizə aparmaq niyyətindəyəm.
Həmçinin yerli azarkeşlərə təşəkkürümü bildirmək istəyirəm. Onların dəstəyi doğrudan da xüsusi və inanılmazdır. Sessiya ərzində trasda gedərkən alqışlarını eşitmək möhtəşəm hissdir!”
Aleks Elbon: “Trasın vəziyyəti üçüncü məşqdən sıralanma turuna qədər xeyli dəyişdi, buna görə ilişmə çox az idi. Bütün həftəsonu optimal sazlamaları tapmağa çalışıram, ancaq hələ də sükan arxasında özümü rahat hiss etmirəm. Maşın sıralanma turu boyu sürüşürdü və lazımi ilişməni tuta bilmədim.
Sıralanma turundan öncə bəzi dəyişikliklər etdik, lakin sessiya ərzində əyləclərlə bağlı potensial problem ortaya çıxdı. İndi komandayla birlikdə hər şeyi analiz edib, nədən irəli getmək mümkün olduğunu tapmalıyıq.
Meksikada yarış adətən bir pit-stopla keçir, ancaq bazar günü necə olacağını görəcəyik. Ümid edirəm ki, startdakı mövqeyimdən daha yüksək yerdə finişə çata biləcəyəm”.




Şərh əlavə et