Kokpit.az xatırladır ki, italyan sürücü bugünkü Meksika yarışlna altıncı yerdən başlayacaq.
Kimi Antonelli: “Düşünürəm ki, maşın daha yüksək yer tutmağa imkan verirdi, amma sadəcə düzgün temp tapa bilmədim. İkinci sessiya bir qədər qarışıq keçdi. Finalda vəziyyət bir az düzəldi, ancaq sessiyanın əvvəlindəki səhvlər mənə baha başa gəldi.
Təbii ki, bir az təəssüf hissi var, lakin 6-cı nəticə pis deyil və 3-cü yerdən start alacaq pilotdan çox da geridə qalmamışam. Buna görə də bu gün yarışda mübarizə aparmaq əzmindəyəm.
Hələlik tempimiz barədə dəqiq nəsə demək çətindir, amma görünür ki, yarışda üç tərkibli təkəri də istifadə etmək mümkündür. Əsas odur ki, startda yaxşı çıxış edək və sonra irəliləməyə çalışaq”.




Şərh əlavə et