Kokpit.az.xatırladır ki, britaniyalı sürücü Meksika yarışıba dördüncü yerdən start alacaq. Komanda yoldaşı Kimi Antonelli isə ritm tapa bilmədiyinə görə bir qədər məyusdur, baxmayaraq ki, yekunda o, 6-cı nəticə göstərib.
Corc Rassell: “Nəticələr bir qədər təəccüblüdür, çünki adətən iki Ferrari-nin arxasından start alırıq və 5-ci və ya 6-cı yerlər olur. Amma bu dəfə 4-cü yerdəyik.
Bu, kifayət qədər yaxşı nəticədir. İlk üçlüyə çatmaq bizim üçün çətin idi, ancaq fərq çox böyük deyil. Məsələn, Oskar Piastri məndən cəmi 0.1 saniyə geridə qalıb, lakin o, 8-ci yerdədir. Buna baxmayaraq, onun qarşısında start alacağıma sevinirəm.
Bugünkü yarışda əsas məsələ ilk döngəni və ilk dövrəni problemsiz keçmək olacaq. Hər zaman irəliləmək üçün imkan olur, məsələn, önümdə iki Ferrari var və mümkündür ki, komanda McLaren-ə təzyiqi artırmaq üçün taktikalarını bölüşdürsün.
Hər halda, onların hər iki bolidi eyni dövrədə boksa girməyəcək. Kim bilir, bəlkə də mən erkən pit-stopla onlardan birini keçə bildim. Görək, necə alınacaq”.




Şərh əlavə et