Sepanqda baş tutan yarışa pouldan başlayan Françesko Banyaya startda liderliyini qoruyub. Pedro Akosta isə Aleks Markesi geridə qoyaraq ikinci yerə yüksəlib. Fabio Kuartararo Fermin Aldegeri keçərək dördüncü yerə çıxıb. Dövrənin sonuna yaxın Aleks Markes startda itirdiyi mövqeni geri alıb.
İkinci dövrədə Aleks Markes Banyayanı arxada qoyaraq liderliyi ələ alıb. Bu vaxt Kuartararo ilə Xoan Mir arasında gərgin dördüncülük mübarizəsi gedib. Beşinci dövrədə Pol Esparqaro qəzaya uğrayaraq, yarışı yarımçıq qoyub.
Yarışın yarısına yaxın Aleks Markes Banyaya ilə fərqi bir saniyəyə qədər artırıb. Xoan Mir dördüncü yerə yüksəlib. Migel Oliveyra yıxılsa da, mübarizəni davam etdirib. Raul Fernandes isə birinci döngədə yıxılıb.
Bir neçə dövrə sonra Akosta Banyayanı keçərək ikinci yerə yüksəlib. Son anlarda Fermin Aldequer 15-ci döngədə qəzaya uğrayıb. Bu vaxt üçüncü yerdə gedən Françesko Banyayanın motosikletində problem yaranıb və o, tempi əhəmiyyətli dərəcədə itirib.
20 dövrəlik gərgin yarışın sonunda damalı bayrağı birinci görən sürücü Aleks Markes olub. Pedro Akosta ikinci yeri tutub, Xoan Mir isə podyumun son pilləsində qərarlaşıb.




Şərh əlavə et