Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Rəqiblərimizdən geridəyik

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, onlar McLaren-dən çox geridə qalırlar.

Monakolu sürücü Meksika Qran Prisinin ikinci sərbəst yürüşündə ikinci ən sürətli nəticəni göstərib. Monakolu sürücü boliddən razı qalsa da, sessiyadan sonra etiraf edib ki, McLaren və Red Bull Racing hələ də Ferrari üzərində üstünlüyə malikdir.

Şarl Lekler: “Cümə günü ümumilikdə müsbət keçdi. Amma Red Bull-dan, xüsusilə az yanacaqla, McLaren-dən isə çox yanacaqla geri qalırıq. Bu, sürpriz olmadı, çünki həftəsonuna qədər onların bizdən güclü olacağını gözləyirdik.

Yaxşı dövrələr  ata bildim, boliddən razıyam. Sadəcə işi davam etdirməliyik və ümid edirəm ki, bir az da irəliləyə bilərik.

Tam yanacaqla Red Bull-a nisbətən bir qədər yaxşı görünürük, ancaq McLaren tam başqa səviyyədədir. Onların bu qədər sürətli olmasının səbəbini bilmirəm. Ümid edirəm ki, sadəcə az yanacaqla sürürdülər, lakin dəqiq bilmirəm.

Onlar çox güclüdürlər və hazırda yarışda onlarla mübarizə aparmaq şansımız real görünmür. Yenə də bəzi dəyişikliklər edərək onlara bir az da yaxınlaşmağa çalışacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et