Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Təəssüratlar pis deyil

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, təəssüratlar pis deyil.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü cümə sərbəst yürüşlərini 12-ci yerdə bitirib.

Oscar Piastri: “Ümumilikdə sessiya normal keçdi. Düzdür, Soft təkərlərlə və az yanacaqla atdığım dövrə çox da uğurlu alınmadı, buna görə də nəticəyə təəccüblənmirəm.

Bir çox fərqli sazlamaları sınadıq, indi hamısını təhlil edib hansının işlədiyini, hansının işləmədiyini anlamaq lazımdır. Ümumilikdə təəssüratlar pis deyil. Bugünkü sərbəst yürüşlərdə hansı sahələrdə inkişaf əldə edə biləcəyimizə baxacağıq və daha sabit olmağa çalışacağıq. Hazırda bu ən vacib məsələdir.

Ostində də müəyyən məqamlar aşkar etmişdik və o mərhələ, açığı, çox çətin keçmişdi. Amma çox şeyi anladıq, detallar müxtəlif olsa da, onları birləşdirəndə irəliləyiş verir. Düşünürəm ki, keçən həftə baş verənlərdən düzgün nəticələr çıxarmışıq.

Məncə, McLaren hazırda Red Bull Racing ilə eyni səviyyədədir və hər zamankı kimi mübarizə gərgin olacaq. Lakin düşünürəm ki, bizim maşınımız pis deyil”.

Rauf Hacıyev

Şərh əlavə et