Xəbəri Kokpitdə Oxuyun!

Malayziyada sprinti Banyaya qazanıb

MotoGP üzrə Malayziya Qran Prisinin Sprint yarışının qalibi Françesko Banyaya olub.

Sepanqda keçirilən 10 dövrəlik Sprint yarışında iki sürücü istisna olmaqla bütün pilotlar ön və arxa hissədə Soft tərkibli təkərlərdən istifadə edib. Mark Markesin yerinə yarışa Mikele Pirro və Xorxe Martinin əvəzinə yarışan Lorenso Savadori, test pilotu olduqları üçün sabahkı Malayziya yarışı öncəsi məlumat toplamaq məqsədilə arxa təkərdə Medium tərkibə üstünlük veriblər.

2025-ci ilin Dünya Çempionu Mark Markes, Aprilia pilotu Xorxe Martin və KTM Tech3 sürücüsü Maverik Vinyales isə hələ də zədə səbəbindən traslara qayıda bilməyiblər.

Sıralanma turunda özü üçün sürpriz sayılacaq poul  qazanan Banyaya, Sprint yarışına güclü start alıb. İtalyan pilot, arxasındakı Alek Marquez və Pedro Akosta ilə fərqi qısa zamanda açaraq, ilk dövrələrdən liderliyi ələ alıb və üstünlüyünü sonadək qoruyub.

Qardaşı Markın yoxluğunda çempionatda ikinciliyi möhkəmlətməyə çalışan Alek Marquez ikinci pillədə finiş xəttini keçib. Bununla da Markes qardaşları tarixə keçərək, 2025-ci il mövsümündə bir və ikinci yerləri təmin ediblər.

Üçüncülük uğrunda Pedro Akostaya beş dövrə boyunca müqavimət göstərən Xoan Mir, ön təkərinin ilişməsini itirərək, 9-cu döngədə yıxılıb. Bu hadisədən sonra Fermin Aldequer dördüncü yerə yüksəlib, lakin bununla kifayətlənməyib. Akostanın motosikletinin sürətlənməsi azaldıqca Aldeguer fürsətdən yararlanıb və üçüncü pilləyə qalxıb.

Bununla belə, Aldequerin təkər təzyiqi qaydasını pozduğu üçün onun nəticəsinin araşdırma altına alındığı və Malayziya Sprint podyumunu itirə biləcəyi bildirilib. Akosta isə yarışı dördüncü yerdə tamamlayıb.

Son Sprint xalları uğrunda Franko Morbidelli, Fabio Kuartararo, Marko Bezekki, Johan Zarko və Enea Bastyanini mübarizə aparıblar.

Pol Esparqaro və Luka Marini xal üçün döyüşərkən bir-birinə çırpılıblar. Marini yarışdan kənar qalıb, Esparqaro isə 11-ci yerə düşərək finişə çatıb.

Aprilianın pilotu Marko Bezekki, startda 14-cü yerdən 16-cı yerə geriləsə də, yarış boyu tempini artıraraq damalı bayrağı 7-ci yerdə keçib.

Rauf Hacıyev

Şərh əlavə et